news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 aprel 2026

Azərbaycan 2026 Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunub

 

Dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən biri hesab edilən Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi 13-16 aprel 2026-cı il tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilib. Bu beynəlxalq tədbirdə ölkəmiz Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə milli stendlə təmsil olunub.

Sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edib. Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları – “Libra Kitab”, “Qələm”, “3 alma”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Aspoliqraf”, “Altun Kitab”, “Qanun”, “Ting”, “Səbat” və “Radius” tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunub.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirib və görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda, nümayəndə heyəti Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə görüş keçirərək uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

 

 

 

 

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti