“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 noyabr 2016

Berqamo Universitetində "Azərbaycan Müstəqillikdən 25 il sonra” adlı konfrans keçirilmişdir

14 noyabr tarixində Bergamo şəhərində Bergamo Universitetinin iqtisadiyyat-hüquq fakültəsində  “Azərbaycan Müstəqillikdən 25 il sonra” adlı konfrans təşkil olunmuşdur.

Azərbaycan Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan,  Şərqi Avropa tarixi tədqiqat Mərkəzinin Arxiv Kitabxanası və Xəzər tədqiqat Mərkəzinin dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı Səfiri Məmməd Əhmədzadə giriş nitqi ilə çıxış etmişdir. 

Səfir M. Əhmədzadə Azərbaycanın keçdiyi müstəqillik yolundan danışmış, diqqəti  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldərək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi barədə ətraflı məlumat vermişdir. O, daha sonra ölkənin iqtisadi uğurlarından, hal-hazırda həyata keçirilən iqtisadiyyatın diversifikasiyasından, ölkəmizin dünyada multikulturalizm modelinin  təbliğatında əvəzolunmaz rolundan bəhs etmişdir.

Bundan əlavə, diplomat müxtəlif sahələrdə uğurla inkişaf edən İtaliya-Azərbaycan strateji tərəfdaşlığından danışmışdı. 

Tədbirdə çıxış edən tanınmış italyan alimləri Azərbaycanın müstəqilliyinin bərpası anından keçdiyi tarixi yolun fərqli aspektləri haqda ətraflı məlumat verərək, “Əsrin müqaviləsi”, Azərbaycanın beynəlxalq müstəvidə tutduğu mühüm rolu, enerji siyasətinə aid məsələlər barədə təqdimatla çıxış etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti