8 may 2017-ci il tarixində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunur
Möhkəm təməl üzərində qurulmuş münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır və siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələri də daxil olmaqla əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu vacib ildönümünün qeyd olunması məqsədilə, 20 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İtaliyaya rəsmi səfəri həyata keçirilmişdir və 2017-ci il ərzində iki ölkə arasındakı münasibətlərə həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.