“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2017

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir

5-6 may 2017-ci il tarixlərində Bakı şəhərində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 5 may tarixində forumun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Açılış mərasimində Prezident İlham Əliyev geniş nitq söyləmişdir.

Forumda 123 ölkəni təmsil edən 1500-dən çox iştirakçı qeydə alınmışdır. Forum müddətində 200 məruzəçi çıxış etmiş və 40 müxtəlif mövzu üzrə panellər, dəyirmi masalar, təqdimatlar və digər tədbirlər təşkil olunmuşdur.

Forumda iştirak edən FAO-nu baş direktorunun kabinetinin rəhbəri Mario Lubetkin Təşkilatın baş direktoru Joze Qratsiano da Silvanın müraciətini oxumuşdur. Forum çərçivəsində M.Lubetkin xarici işlər naziri Elmar Məmmədyarov və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva ilə görüşmüşdür.

Forumda İtaliya hökuməti adından mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaronun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. A.Çezaro Forum çərçivəsində təşkil olunmuş Nazirlər Şurasında çıxış etmiş, habelə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla, eləcə də Azərbaycan Dillər Universitetində (ADU) italyan dili ixtisası üzrə təhsil alan tələbələr ilə görüşmüşdür.

Forumla bağlı ətraflı məlumat üçün http://bakuprocess.az/ saytina baxa bilarsiniz.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti