“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 avqust 2020

İtaliyanın La Verità qəzeti Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisdə Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri və AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəri millət vəkili Azər Kərimlinin məktubunu dərc edib

"Azərbaycan Ermənistana təcavüz etməyib. "
Ermənistan parlamentinin deputatı Ermənistan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maria Karapetyanın dərc olunmuş məktubu erməni tərəfinin hadisələri məqsədyönlü şəkildə təhrif etdiyini açıq-aşkar sübut edir.
Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov CBC telekanalına müsahibəsində öz cavabdehliyində olan vəzifələrə aid məsələlərdən danışıb və bu məsələlərin iyul ayında baş vermiş döyüş əməliyyatları ilə heç bir əlaqəsi yoxdur. Nazir Zakir Həsənov işğal olunmuş ərazilərimizdəki qoşunların təmas xəttində bu yaxınlarda ermənilərin müşahidə sistemlərini quraşdıraraq özlərinin isə geri çəkildiyni, Azərbaycan ordusunun bölmələrinə və yaşayış məntəqələrimizə qarşı təxribatlar törətmək məqsədilə isə qoşunların təmas xəttinə yaxın Ermənistan yaşayış məntəqələrinin boşaldıldığını bildirib.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində döyüşlərin başlanması haqqında ilk məlumatı Azərbaycan tərəfi verib ki, bu da döyüşlərin məhz Ermənistanın başladığını təkzib olunmaz şəkildə sübut edir. Ermənistan tərəfindən dövlət sərhədi boyu heç bir müşahidə sisteminin quraşdırılmaması iddiası da tam yanlışdır. Belə ki, erməni tərəfinin təqdim etdiyi videomaterialların bir çoxunun məhz quraşdırılmış yerüstü müşahidə sistemləri tərəfindən qeydə alındığı aşkar görünür.
27 iyul 2020-ci il tarixində erməni hərbçi Aşot Mikaelyanın Azərbaycan tərəfinin snayper atəşi nəticəsində həlak olması barədə iddia da heç bir faktlarla sübuta yetirilmir. İstisna deyil ki, A.Mikaelyan ermənilərin son hərbi təxribatları nəticəsində həlak olan erməni hərbçilərindəndir. Öz itkilərini gizlədən Ermənistan tərəfi A.Mikaelyanın öldürüldüyü barədə məlumatı 10 gün sonra ictimailəşdirib. Erməni tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli döyüşçülərin də olduğu istisna edilmir. Bu kateqoriya şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asandır.
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki və taktiki-uçuş təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, əvvəlcədən imzalanmış illik plana uyğun olaraq hər il qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.
Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Azərbaycanın məqsədi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun tezliklə işğaldan azad edilməsi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır ki, bu da çoxsaylı beynəlxalq təşkilatların sənədlərinin, o cümlədən BMT TŞ-nın dörd qətnaməsinin tələbidir. Ermənistanın isə məqsədləri bəllidir: 1) mürəkkəb daxili siyasi, iqtisadi və sosial vəziyyətdən diqqəti yayındırmaq, 2) bu hərbi təxribatlardan istifadə edərək,qısa müddət öncə Ermənistanın müdafiə nazirinin də bildirdiyi kimi, yeni ərazilər zəbt etmək, 3) münaqişəyə üçüncü tərəfləri cəlb etmək, 4) Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji enerji nəqliyyatı infrastrukturunun keçdiyi Tovuz rayonu kimi mühüm əhəmiyyətli ərazidə qeyri-sabitlik yaratmaq. Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasından bir neçə ay öncə Ermənistanın belə bir hərbi avantüraya əl atması da təsadüfi sayılmamalıdır.
Ermənistan tərəfi bu məqsədlərinin heç birinə nail ola bilməmiş, Azərbaycan ordusu tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin irəliləməsinin qarşısı alınmışdır.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti