“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 noyabr 2023

İtaliya universitetinin tələbələri ölkəmizin Romadakı Mədəniyyət Mərkəzini ziyarət ediblər

İtaliyanın “Universita di Roma Tor Vergata” Universitetinin Qlobal idarəetmə fakültəsinin tələbələri Azərbaycanın İtaliyadakı səfirliyini və Mədəniyyət Mərkəzini ziyarət ediblər.

“Açıq qapı günü”ndə ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbiəti, adət-ənənələri barədə təqdimat edib, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən danışıb.

Daha sonra tələbələr üçün Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib və onlara ölkəmizi ziyarət etmək tövsiyə olunub.

Tələbələr Mədəniyyət Mərkəzində Azərbaycan tarixini əks etdirən əşyalar, qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksesuarlar, italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar da daxil olmaqla ölkəmizin qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verən eksponatlardan ibarət muzeylə tanış olublar, onları maraqlandıran sualları ünvanlayıblar.

Təşəbbüsü dəstəkləyən tələbələr səfirliyimizin tədbirlərində davamlı iştirak etmək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmaq istəklərini ifadə ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti