“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 fevral 2024

İtaliya Prezidenti Sercio Mattarella seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlətimizin başçısına səmimi təbriklərini və ali mandatının icrasında xoş arzularını çatdıran Sercio Mattarella məktubunda bildirib: “Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir.

İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik”.

Sercio Mattarella qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın, əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti