“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 iyun 2024

İlk Azərbaycanlı tələbələr Luiss – ADA magistr kursu üçün Romada

"Akademik əməkdaşlıq getdikcə daha da intensivləşir"

ADA Universiteti (Azərbaycan) və Luiss Guido Carli Universiteti (İtaliya) arasında imzalanan akademik razılaşmadan 2 il sonra, İtaliya-Azərbaycan Universitetinin reallaşdırılması çərçivəsində, Qlobal İdarəetmə və Siyasət (GMAP) ikili diplomlu magistr proqramının ilk tələbə qrupu Romaya səfər etmişdilər. Tələbələr 2025-ci ildə İtaliya-Azərbaycan Universiteti layihəsinin ilk məzunları olacaq və mərasim Luiss kampusunda keçiriləcəkdir.

ADA Universiteti və Azad Beynəlxalq Sosial Elmlər Universiteti, Luiss Universiteti və Luiss Biznes Məktəbində Marketinq və Rəqəmli sahə üzrə təcrübəli professor Marko Françesko Mazunun rəhbərliyi ilə xüsusi bir Yay proqramı hazırlanmışdır. Xüsusilə, Azərbaycanlı tələbələr və onların professorları üçün nəzərdə tutulmuş bu proqram tədris ilə əlaqəli sahələrdə ixtisaslaşdırılmış təlim, mühazirələr, görüşlər və aparıcı İtalyan şirkətlərinə səfərləri ehtiva etmişdir. Məqsəd: milli bacarığın biliklərini artırmaq və inkişaf etdirmək və inteqrasiya olunmuş mühazirəçilər və mütəxəssislər qrupunun töhfəsi ilə "Made in Azerbaijan" konsepsiyasını inkişaf etdirməkdir.

 İntensiv üç həftəlik tədris və praktiki təcrübə 28 iyun tarixində Azərbaycan Respublikasının Səfirliyində keçirilən tədbir ilə sona çatmışdır. Tədbirdə GMAP ikili dərəcəli magistr kursunun həmdirektoru professor Silviya Dello Russo və "Beynəlxalq İdarəetmə - Made in Italy" Yay Proqramının direktoru Marko Françesko Mazzù iştirak etmişdilər. Həmçinin, Azərbaycana yeni təyin olunmuş İtaliyanın səfiri Luka Di Gianfrançesko da tədbirə qatılmışdır. 

Tədris metodologiyaları və baxışları uyğunlaşdırmaq, əldə olunan bilik və bacarıqları təkmilləşdirmək məqsədilə tələbə, professor və elmi müşavirlərin mübadiləsi gələcək aylarda da davam edəcəkdir.

Azərbaycan Respublikasının səfiri Rəşad Aslanov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq çərçivəsində akademik layihənin əhəmiyyətini vurğulamış və bu əməkdaşlığın çoxsaylı və davamlı ikitərəfli səfərlərlə təsdiq edilən maksimum inkişaf səviyyəsinə çatdığını vurğulamışdır. LUISS Universitetinin Beynəlxalqlaşdırma üzrə prorektoru professor Raffaele Marchetti isə bildirmişdir ki, İtaliya-Azərbaycan Universitetinin təcrübəsi artıq digər ölkələr üçün nümunə olan qabaqcıl ikitərəfli əməkdaşlıq yolunu qeyd edir. O, bu təcrübənin daha da inkişaf edəcəyinə və uzunmüddətli səmərəli əməkdaşlığın əsasını qoymağa kömək edəcəyinə ümid etdiyini bildirərək, hər iki ölkədə idarəedici sinfin yetişdirilməsinin əslində ortaq gələcəyi layihələşdirmək üçün ən yaxşı yol olduğunu söyləmişdir.

İtaliyanın səfiri Luka Di Gianfrançesko və ADA Universitetindən Aynura Hüseynova da iştirakçılara xoş arzularını çatdırmışdılar.

Azərbaycan və İtaliya arasında elmi əməkdaşlıq həqiqətən də böyük dinamika dövrünü yaşayır. Bu dinamizm, 2022-ci il sentyabrın 1-də baş tutmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və Luiss Guido Carli Universiteti, Roma Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Studiorum - Bolonya Universiteti və Milan Politexnik Universiteti kimi 5 aparıcı İtaliya universitetinin rəhbərlərinin iştirakı ilə İtaliya-Azərbaycan Universiteti haqqında müqavilələrin mübadiləsindən təxminən 2 il sonra daha da güclənir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti