“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2022

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımız daim inkişaf edir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan İtaliyanın şirkətləri ölkəmizin iqtisadi həyatında fəal iştirak edir, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə yaxından cəlb olunublar.

İnanıram ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2022-ci il

Mənbə

 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti