“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2017

24 may tarixində Romada “Odlar Yurdunun səsləri və ritmləri” adlı Azərbaycan musiqisi və milli rəqslərindən ibarət konsert keçiriləcəkdir

24 may tarixində Romanın “Salone Margherita” Teatrında Respublika günü və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə AR-nın İtaliyadakı Səfirliyinin təşkilatçılığı ilə “Odlar Yurdunun səsləri və ritmləri” adlı Azərbaycan musiqisi və milli rəqslərindən ibarət konsert keçiriləcəkdir.

Konsertdə 1936-cı ildə Azərbaycan klassik musiqisinin banisi olan Üzeyir Hacıbəyov tərəfindən yaradılmış Azərbaycan Dövlət Filarmoniyası nəzdində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edəcəkdir.

Ansambl Azərbaycan və digər ölkələrdə müvəffəqiyyət qazanmışdır və yaranmasından 80 il sonra da dünyaya öz əsərlərini tanıtmaqla yaradıcılıq uğurlarını davam etdirir.

Azərbaycanda musiqinin rolu hər zaman əvəzolunmaz olub, məhz buna görə də Şərqdə müsəlman dünyasının ilk operası 1908-ci ildə Azərbaycanda yaranmışdır. Müsəlman dünyasının ilk qadın ifaçısı da XX əsrin ilk onilliyində İtaliyada, Milanda təkmilləşmiş azərbaycanlı Şövkət Məmmədova və 1972-ci ildə müsəlman dünyasında opera bəstələyən ilk qadın azərbaycanlı Şəfiqə Axundova olmuşdur.

lX-X əsrlərə aid milli Azərbaycan musiqisinin janrı olan, dünyada məşhur olan muğam 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsləri siyahısına daxil edilmişdir.

Azərbaycanın tar, kamança, saz, qopuz, rübab kimi Azərbaycan musiqi ənənələrinin yayılmasına töhfə verən, klassik imkanları və folkloristik təsirləri sintez edən ritmlər yaradan milli musiqi alətləri çoxdur.

Sürətli templə və rəngarəng milli geyimlərlə müşayiət olunan milli rəqslər də Azərbaycan musiqisinin mühüm hissəsini təşkil edir. 5-20 min il bundan əvvələ istinad edən Qobustan qaya rəsmlərindəki rəqs təsvirlərinin də təsdiq etdiyi kimi Azərbaycan rəqslərinin çox qədim tarixi var.

Musiqi və rəqslər xalqları sevincli günlərində birləşdirməyə müvəffəq olur və “Odlar Yurdunun səsləri və ritmləri” adlı tədbirlə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi Respublika Gününü və dost İtalia ilə diplomatik əlaqələrin 25 illiyini qeyd etmək niyyətindədir.

28 may 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının əsası qoyulub. Onun varlığı 23 ay - 28 aprel 1920-ci il tarixində bolşevik ordusunun işğalına kimi davam edib, amma bu müddət 1991-ci ildə müstəqilliyin bərpası üçün lazım olan zəmini yaratmağa kifayət etmişdir. Azərbaycan qadınlarına səsvermə hüququnun tanınması,  çoxpartiyalı parlament və bir çox başqa təşəbbüslər ölkənin demokratik əsaslarının təsdiqidir.

Konsert eyni zamanda Azərbaycan və İtaliya arasındakı diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuşdur: bu dostluq çoxsaylı ikitərəfli səfərlərin də göstərdiyi kimi, siyasi, iqtisadi, təhsil, mədəni və bir çox başqa sahələri əhatə edən strateji əməkdaşlıq səviyyəsinə gəlib çatmışdır.

Çərşənbə 24 may 2017-ci il

19:00

“Salone Margherita” Teatrı

Via dei Due Macelli, 75 - 00187 Roma

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti