“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 may 2024

Heydər Əliyev Mərkəzində konsert – Puççiniyə ithaf

Mayın 3-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində italyan bəstəkar Cakomo Puççininin vəfatının 100-cü ildönümünə həsr edilmiş "Puççiniyə ithaf" adlı konsert olub.

Tədbirdə görkəmli bəstəkarın Cüzeppe Cakozanın librettosu əsasında yazdığı "Bohema" operası nümayiş olunub.

Əsərin orkestr və musiqi tərtibatçısı Aleksandr Krampe, səhnə tərtibatçısı Qrişa Asaqarov, musiqi rəhbəri və dirijoru isə Alberto Veronesidir.

"La Scala" Akademiyasının solistləri Fiorentina Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Xatırladaq ki, “Bohema” Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli operadır. Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır. Librettosu Anri Mürjrnin "Bohemanın həyatından səhnələr" əsəri əsasında yazılıb. Əsərin ilk premyerası 1896-cı ildə dirijor Arturo Toskanininin müşayiətində Turində olub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti