“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2016

Heydər Əliyev Fondunun İtaliyada gördüyü işlər ölkələrimizin əlaqələrinin inkişafına mühüm töhfə verir

 

http://azertag.az/xeber/946165 

 

Aprelin 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olundu, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulandı. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirildi. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulandı, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti