“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2016

İtaliyanın məşhur “FEM” jurnalı Azərbaycanın turizm potensialından yazır

http://azertag.az/xeber/955672

 

İtaliyanın məşhur “FEM” jurnalında jurnalist Lukretsiya Ferrantenin “Bakı, gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər” adlı məqaləsi dərc edilib.

Məqalədə müəllif ölkəmiz, onun mədəniyyəti, ədəbiyyatı, mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verir, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından bəhs edir. Ölkədə yaradılmış turizm infrastrukturu, bu imkanların tanıdılması məqsədilə birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğu və yaxın günlərdə Formula 1 Avropa Qran-prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağı qeyd edilir. Daha sonra Bakının memarlığından bəhs edilərək, onun Şərqlə Qərbin, keçmişlə-müasirliyin zövqlü qarışığı olmasına toxunulur, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Bayraq Meydanı və digər memarlıq cəhətdən əhəmiyyəti olan yerlər barədə məlumat verilir.

Məqaləsində ölkəmizin regionlarının turizm imkanlarına da yer verən müəllif italiyalı turistlərə “Şahdağ” və “Tufandağ” dağ-xizək kompleksləri, Qubada, Qəbələdə, Gəncədə və Şəkidə yaradılmış turizm infrastrukturu və imkanları barədə məlumat verir, bu yerləri ziyarət etməyi tövsiyə edir.

Sonda müəllif Azərbaycan-İtaliya əlaqələrindən söhbət açır, bu əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayır. O, münasibətlərin iki ölkə arasında hərtərəfli əməkdaşlığı əhatə edən, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı Baş nazir Matteo Renzi ilə birgə qəbul edilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji əməkdaşlıq haqqında Bəyannaməyə əsaslandığını bildirir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti