San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troinadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və bu ali vəzifədə fəaliyyətə başlamağınız münasibətilə San-Marino Respublikasının dövlət qurumları və xalqı adından Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Zati-aliləri, Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Sizə hörmət və ehtiramımızı bildiririk.
Dərin hörmətlə,
Filippo Tamanyini və Qaetano Troina
San-Marino Respublikasının Kapitan-Regentləri