“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 mart 2020

ÇOX TƏCİLİ Bu gün Roma şəhərindən Bakı şəhərinə çarter reysi ilə yola düşən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

17 mart 2020-ci il tarixində saat 20.00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16.00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan Səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur.

Telefon nömrəsi: 06 85305557
Qaynar xətt: 349 8155582

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti