“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 iyun 2016

Azərbaycanla BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

27 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində yerləşən agentlikləri yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Hökuməti ilə IFAD arasında mövcud əlaqələr, bu xüsusda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan diplomatı ölkəmizin iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olması, kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər və bu xüsusda beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

IFAD prezidenti 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirak ilə əlaqədar Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlamış və ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşmüşdür. O, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kənd təsərrüfatına verilən diqqəti təqdir etmiş və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu demişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti