“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2023

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Roma şəhərində 28 May – Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Roma şəhərində 28 May – Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
tədbirdə İtaliyanın dövlət rəsmiləri, senator və deputatlar, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Rəşad Aslanov Azərbaycanın Müstəqillik Gününün tarixindən danışıb, 1918-ci il mayın 28–də müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Xalq Cümhuriyyətinin yarandığını diqqətə çatdırıb. Bildirilib ki, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlandı.

Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, Azərbaycan regionun lider dövlətinə çevrilib, ərazi bütövlüyümüz bərpa olunub və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlər açılıb.

Azərbaycan ilə İtaliya arasında mövcud olan möhkəm iqtisadi əlaqələrdən də söz açılıb. İtaliyanın Azərbaycanın, ölkəmizin isə Cənubi Qafqaz regionunda rəsmi Romanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. Bildirilib ki, çoxsaylı İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb olunub. Həmçinin TAP boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın İtaliya və Avropa üçün qaz təchizatında etibarlı tərəfdaşa çevrildiyi diqqətə çatdırılıb.

Romada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışının və Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının iki ölkə arasında humanitar sahədə əməkdaşlığa önəmli töhfə verəcəyi bildirilib.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava Müstəqillik Günü ilə bağlı İtaliya hökumətinin təbriklərini çatdırıb. Vannia Qava 2023-cü ilin ilk aylarında müdafiə naziri, ətraf mühit və enerji təhlükəsizliyi naziri, şirkətlər və “Made in Italy” nazirinin, xarici işlər nazirinin müavinin Azərbaycana çoxsaylı ikitərəfli səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin Azərbaycanla İtaliya arasında əlaqələrin bundan sonra daha da genişləyəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfərinə dair fotosərgi nümayiş olunub.

Sonda Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti