“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 yanvar 2024

Azərbaycan səfiri Malta Prezidentinin təşkil etdiyi ənənəvi yeni il tədbirində iştirak edib

Azərbaycanın Maltadakı səfiri Rəşad Aslanov 15 yanvar 2024-cü il tarixində Malta Prezidenti Dr. Corc Vellanın təşkil etdiyi ənənəvi yeni il tədbirində iştirak edib.

Valletta Sarayında keçirilən tədbir zamanı C.Vella 5 illik mandatının aprel ayında bitəcəyini qeyd edərək, səmərəli əməkdaşlığa görə səfirlərə təşəkkürünü bildirib, onların təmsil etdikləri ölkələrin bir çoxunu fərqli səbəblərə görə ziyarət etdiyini və həmkarlarından gördüyü qonaqpərvərliyi, hörməti, isti münasibəti yüksək qiymətləndirdiyini söyləyib.

Maltanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və ATƏT-in 2024-cü il üçün sədri olduğunu nəzərə çatdıraraq, bunların ölkəsinin böyük diplomatik uğuru olduğunu qeyd edib.

Corc Vella dünyada gedən müharibələrdən narahatlığını ifadə edərək, COVID19, iqlim dəyişikliyi, dəniz səviyyəsinin artması kimi məsələlərin dünyaya təhdid olduğunu vurğulayıb və ancaq bərabər dialoq vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın mümkün olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Bununla yanaşı, Maltanın Baş naziri Robert Abela və xarici və Avropa işləri və ticarət naziri Yan Borq da diplomatik korpusun nümayəndələri ilə görüşüb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti