“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2024

Azərbaycan nümayəndə heyəti FAO Şurasının 175-ci sessiyasında iştirak edib

10-14 iyun 2024-cü il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında FAO Şurasının 175-ci Sessiyası keçirilmişdir. Azərbaycan tədbirdə AR-in Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (onlayn) və AR-in İtaliyadakı Səfirliyi (canlı) ilə təmsil olunmuşdur.

Müstəqil sədr Dr. Hans Hoogeveen sessiyada açılış nitqi söyləyərək, çoxtərəfli sistemin və BMT sisteminin hər gün tənqid olunduğunu və etiraz edildiyini bildirmiş, lakin BMT-nin ən böyük problemləri müzakirə etmək və həll yollarını birlikdə tapmaq üçün bir araya gəlinən yeganə qlobal beynəlxalq platforma olduğunu qeyd etmişdir.

Martin Lüter Kinqin sözlərinə (“Elə bir zaman gəlir ki, susmaq xəyanətdir”) istinad edərək, H. Hoogeveen sükutu pozmalı, biliklərimizi hərəkətə çevirməli olduğumuzu qeyd etmiş, buna ən çox ehtiyacı olanlar üçün hərəkətlərimiz gələcəyimizdir deyə bildirmişdir.

Daha sonra söz Baş direktor Qu Donqyuya verilmiş, o  keçən dövr ərzində etdiyi səfərlər, iştirak etdiyi tədbirlər barədə geniş məlumat vermiş, FAO-nun “Google Earth Map APP”a görə “Google Geo for Good Impact Award” Mükafatına layiq görüldüyünü, FAO-nun Qəzzadakı vəziyyəti yaxından monitorinq etdiyini, DİM-lərə çatmaq üçün maliyyə çatışmazlığının ildə 4 trilyon ABŞ dollarından çox qiymətləndirildiyini, bunun da 600 milyardının ərzaq, kənd təsərrüfatı və biomüxtəlifliyə aid olduğunu söyləmişdir.

İqlimlə aqro-ərzaq sistemlərinin əlaqəsi məsələlərinə toxunan Q.Donqyu cari ilin aprel ayında FAO-nun mənzil-qərargahında keçirilən Davamlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlığının iclası zamanı iqlim maliyyəsinə çıxışa kömək etmək üçün ətraflı iş planının hazırlanması barədə məlumat vermiş və müəyyən edilmiş prioritet fəaliyyətlərin COP29-da təqdim olunacağını bildirmişdir.

Baş direktor FAO-nun Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq vasitəsilə üzvlər, universitetlər və digər qeyri-dövlət aktorları ilə innovativ tərəfdaşlıqların inkişaf etdirilməsində böyük irəliləyiş əldə etməsi, məsələn, 100 ölkədən 500-dən çox universiteti birləşdirən aqro-ərzaq sistemlərinin transformasiyası üzrə dünyanın ən böyük universitet şəbəkəsinin yaradılması, Şimali Afrikada, Yaxın Şərqdə və ondan kənarda aqro-ərzaq sistemlərindəki problemləri həll etmək üçün yeni Tədqiqat Şəbəkəsi və Qida Təhlükəsizliyi İnnovasiya Mərkəzinin yaradılması haqqında məlumat vermişdir.     

2025-ci ildə FAO-nun 80 illik yubileyinin qeyd edilməsini xatırladan Baş direktor, bu hadisənin Təşkilatın qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu vurğulayacağını bildirmişdir.        

Baş direktorun müavini/Strategiya, Proqram və Büdcə Ofisinin direktoru Bet Krouford 2022-2023-cü illər üzrə Proqramın İmplementasiya Hesabatı haqqında məlumat vermiş, Təşkilatın ənənəvi və elmi bilikləri necə birləşdirdiyi, tərəfdaşlarla əməkdaşlığı, eləcə də heç kimi geridə qoymayan inklüziv yanaşmalara davamlı sadiqliyi və texnologiya və innovasiyaya göstərdiyi diqqəti vurğulamışdır. Hesabatda FAO-nun resursları necə idarə etdiyi, 2022-2023-cü illərdə ötən 2 illə müqayisədə 30% çox, o cümlədən xalis vəsaitin 99,8% xərclədiyi qeyd edilmişdir.

Daha sonra “Qlobal ərzaq təhlükəsizliyi problemləri və hərəkətverici qüvvələr” maddəsi müzakirə olunmuş, qlobal, regional və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin artması tendensiyalarından narahatlıq ifadə edilmiş, Qida Böhranı üzrə Qlobal Hesabatın son buraxılışında bildirildiyi kimi, kəskin qida çatışmazlığı olan insanların sayının artdığı və daha çox və DİM-lərin, xüsusən də DİM2 (Sıfır Aclıq) əldə edilməsində irəliləyişə ehtiyac olduğu vurğulanmışdır.

Üzv ölkələr məsələlər ətrafında çıxışlar səsləndirmiş, müzakirələr aparmışlar.      

Müzakirələrdən sonra maddələr ilə əlaqədar nəticə layihəsi təsdiqlənmiş və Katiblikdən 2026-2027-ci illər üzrə İş və Büdcə Proqramı hazırlanarkən Strateji Çərçivə ilə razılaşdırılmış və Əsas Mətnlərə uyğun olan prioritetlərin həyata keçirilməsi üçün könüllü töhfələrin tətbiqi ilə bağlı tam şəffaflıq yaratmaq məqsədi ilə mümkün olduqda büdcədənkənar vəsaitlərin proqnozlaşdırılmasının dəqiqləşdirilməsi sorğu edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti