San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Rossi və xanım Milena Qasperoniyə
San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Rossi və xanım Milena Qasperoniyə
Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və fıravanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2024-cü il