“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 dekabr 2023

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar məlumat

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.

Italiya, Malta və San Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızın 30 dekabr 2023-cü il tarixinədək seçici siyahısına əlavə olunmaları üçün Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunmuş və hazırlanmış həmin siyahı Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır.

Azərbaycan Respublikasının İtaliya Respublikasının paytaxtı Roma şəhərindəki Səfirliyində (Via Giovanni Battista de Rossi 27) yaradılmış seçki məntəqəsində keçiriləcək səsvermə 7 fevral 2024-cü il tarixində İtaliya yerli vaxtı ilə saat 08:00 başlayaraq saat 19:00-da tamamlanacaq.

Səsvermə zamanı 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının təqdim etməli olduğu sənədlər:

  • Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu;
  • Pasport olmadığı təqdirdə isə Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti