“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 sentyabr 2016

26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin – referendumun keçirilməsi ilə əlaqədar

ELAN

 

Hörmətli vətəndaşlar!

26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin – referendumun keçirilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 35 saylı seçki məntəqəsi yaradılmışdır.

 

İtaliya Respublikası, San Marino və Maltada daimi yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, konsulluq uçotuna alınmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki hüququnun təmin edilməsi məqsədilə 2016-cı ilin 26 sentyabr tarixində saat 08:00-dan – 19:00-dək Səfirliyə gələ və Azərbaycan Respublikasının etibarlı pasportu əsasında ümumxalq səsverməsində - referendumda iştirak edə bilərlər.

 

Ünvan:

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi

Viale Regina Margherita 1, 00198 Roma, Italia

 

Tarix:

26 sentyabr 2016-cı il, saat 08:00 – 19:00

 

Ümumxalq səsverməsi - referendum ilə bağlı əlavə suallar olduğu təqdirdə, aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:

 

Telefon: +39 06 85305557

E-mail:  rome@mission.mfa.gov.az

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti