“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 fevral 2019

114/19: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirdi, səfərin məhsuldar olacağına əminliyini ifadə etdi. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını dedi. İtaliya şirkəti tərəfindən inşa olunan “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlətimizin başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirdi. O, dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu dedi. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğuladı.

Mənbə: President.az

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti