“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 sentyabr 2016

İtaliyanın Venesiya şəhərində “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans keçirilmişdir

22 sentyabr 2016-cı il tarixində Venesiya şəhərində İtaliyanın Veneto Regional Hökuməti və İtaliya Ticarət Palataları İttifaqının birgə təşkilatı olan “Veneto Promozione” tərəfindən Azərbaycanın iqtisadi imkanlarının təşviqinə yönəlmiş “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans təşkil edilmişdir.

Tədbir Veneto regionunun iş adamlarını Azərbaycanın iqtisadi potensialı və iş imkanları ilə tanış etmək məqsədini daşımışdır. Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış etmişdir. Səfir iş adamlarına Azərbaycanın iqtisadi potensialı, ölkədə aparılan iqtisadi islahatlar, ölkənin iştirak etdiyi regional əhəmiyyətli layihələr və onların yaratdığı imkanlar, habelə Azərbaycan – İtaliya iqtisadi əməkdaşlığı barədə məlumat vermişdir. 

Bundan başqa, tədbirdə Veneto regionu Hökumətinin Beynəlxalq əlaqələr, kommunikasiya və regional statistika sistemi direktorluğunun rəhbəri Diyeqo Vekkiato, İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu (ISPI) və Ka Foskari Universitetinin professoru Aldo Ferrari, İtaliya Ticarət Agentliyinin (ICE) Bakı ofisinin rəhbəri Luici D’Aprea, SACE – İtaliyanın ixrac kreditləri və maliyyə zəmanətləri üzrə səhmdar cəmiyyətinin nümayəndəsi Benedetta Premuda, “Veneto Promozione” təşkilatının Avropa və MDB ölkələri üzrə meneceri Silvia Semenzato da çıxış etmişlər.

Venesiyaya səfəri çərçivəsində səfir M.Əhmədzadə, həmçinin Venesiya şəhərinin meri Luici Brunyaro və Venesiyanın prefekti Domeniko Kuttaya ilə, habelə Veneto regionunun prezidentinin ofisində və Ka Foskari Universitetində görüşlər keçirmiş və əməkdaşlıq mövzuları müzakirə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti