İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı çərçivəsində aşpazlarımız “master-klass” nümayiş etdirmişlər
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı çərçivəsində Azərbaycandan gəlmiş peşəkar aşpazlar Abuzər Şirəliyev və Tural Bayramov Romanın məşhur Ameriqo Vespuççi adına Peşəkar Qonaqlama İnstitutunda (Istituto Professionale Alberghiero “Amerigo Vespucci) “master-klass” nümayiş etdirmişlər. Onlar institutun kulinariya üzrə təhsil alan tələbələri qarşısında milli mətbəximizin atributlarından olan plov və qutabın hazırlanma qaydasını izah etmiş və italyanlı tələbələrlə birlikdə qeyd olunan yeməkləri bişirmişlər.