“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 aprel 2016

İtaliya telekanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışılıb

 

 http://az.apa.az/news/424269 

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son günlərdə cəbhə xəttində Ermənistanın təxribatları nəticəsində yaranmış gərginliklə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən işlər davam etdirilir.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu xüsusda, cari il 21 aprel tarixində səfir M.Əhmədzadə “SkyTG24” kanalının jurnalisti xanım Monika Peruzziyə müsahibə verib. Müsahibə həmin gün kanalın xəbərlər proqramında gün ərzində bir neçə dəfə yayımlanıb. Müsahibədə səfir M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, doğurduğu ağır nəticələr, həyata keçirdiyi etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat verib. Müsahibə zamanı təmas xəttindəki son gərginlik vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilib.

Müsahibənin videoyazısı ilə aşağıdakı linkdən  tanış olmaq olar:

http://video.sky.it/news/mondo/nagorno_karabakh_riesplode_la_violenza/v280752.vid

Habelə Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın İtaliyanın “Libero” qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq həmin qəzetin 16 aprel tarixli çap versiyasında səfir M.Əhmədzadənin “Həqiqi cinayətləri ermənilər törədir” adlı məktubu bəzi ixtisarlarla dərc olunub. Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək münaqişə və təmas xəttindəki son vəziyyətlə əlaqədar həqiqətlər haqda məlumat verib, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, bu xüsusda 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansı Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə məlumat verib. “Yaxşı olardı ki, erməni səfiri nə səbəbdən münaqişə vaxtı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA erməni terrorçu təşkilatının üzvlərinin vuruşduğuna, eyni zamanda Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına və bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin”, - deyə M.Əhmədzadə bildirib.

Aidiyyəti mövzuda səfirliyin yaydığı mətbuat açıqlaması 21 aprel tarixində İtaliyanın “Il Primato Nazionale” analitik-informasiya portalında da yerləşdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti