“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 aprel 2016

Azərbaycan səfiri İtaliyanın Rainews 24 kanalına təmas xəttindəki vəziyyətlə bağlı müsahibə vermişdir

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin əsas xəbər kanalı “RaiNews24”  kanalının xəbərlər proqramına müsahibə vermişdir. Verilişin aparıcısı Emma Farnenin sullarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum, münaqişənin həllinə dair ölkəmizin mövqeyi kimi mövzularla bağlı məlumat vermişdir.

M.Əhmədzadə münaqişəyə dair BMT TŞ qətnamələri və digər beynəlxalq sənədlərə istinad edərək, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd etmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qalmasını münaqişənin həlli üçün ən başlıca maneə kimi qiymətləndirmişdir. Ermənistandakı hakim rejimin Azərbaycan torpaqlarının işğalı ilə hakmiyyətə gəldiyini vurğulayan M.Əhmədzadə əlavə etmişdir ki, bu rejim apardığı daxili siyasətinə görə sərt tənqidlərə məruz qaldığı və Ermənistanın dərin sosial-iqtisadi böhran keçirdiyi bir şəraitdə hakimiyyəti əldə saxlamaq üçün təmas xəttində vəziyyəti gərginləşdirir.

Daha sonra erməni tərəfinin İŞİD üzvlərinin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı iddialarına dair verilmiş suala cavab olaraq M.Əhmədzadə bunun erməni tərəfinin növbəti dezinformasiyası və Azərbaycana qarşı qarayaxma kampaniyası olduğunu, Azərbaycanın nizami orduya malik olduğunu və ordumuzun öz vəzifəsini beynəlxalq humanitar hüquqa uyğun yerinə yetirdiyini, əksinə Ermənistan ordusunda ASALA erməni terrorçu təşkilatının üzvlərinin iştirakına dair çoxsaylı sübutların olduğunu demişdir.

Bundan əlavə, M.Əhmədzadə erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinin qəbuledilməz olduğunu, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını bildirmişdir. Azərbaycanın çoxmədəniyyətli dövlət olduğunu və ölkəmizin multikulturalizm modelinin   dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Veriliş boyu Ermənistanın Azərbaycana qarşı təcavüzü, xəritə üzərində işğal olunmuş ərazilərimiz və təmas xəttindən kadrlar göstərilmişdir.

Proqramın videoyazısı ilə buradan tanış olmaq mümkündür.

 

http://www.rainews.it/dl/rainews/media/Nagorno-Karabakh-Ambasciatore-Azerbaigian-La-soluzione-del-conflitto-Armenia-ritiri-le-truppe-ab89033d-77dc-4e69-8a4d-f6395f0efcf6.html

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti