news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 mart 2026

İtaliyada Novruz Festivalı keçirilib

 

22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində yerləşən 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir. Bu sərgilər “Novruz Festivalı” adı ilə Novruz Bayramına həsr olunmuşdur. 

Sözügedən festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyyətinə ətraflı məlumat vermək və eyni zamanda Azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.

Festivalın açılışında Cassine şəhərinin meri Karlo Feliçe Makkario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər.

Novruz Festivalı çərçivəsində təşkil olunan üç sərgi (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” uşaq və açıq çağırış üzərindən olan Azərbaycanlı rəssamların qrup sərgisi idi.

Festival İtaliya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya “Palazzo Mandrilli” Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Pyemont regionunda Azərbaycan-İtaliya arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti