news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2026

Azərbaycan-İtaliya çoxşaxəli strateji tərəfdaşlığı Romada müzakirə olunub

İtaliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya Respublikasının Baş nazirinin diplomatik müşaviri Fabritsio Sacco, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, İtaliya Senatının sədr müavini Liçiya Rontsulli, Deputatlar Palatasının sədr müavini Corco Mulè və Senatın Xarici əlaqələr və müdafiə komitəsinin sədri Mauritsio Qasparri ilə görüşüb.

Səfər çərçivəsində, həmçinin İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İtaliya tərəfindən üzvləri, eləcə də İtaliya Parlamentinin digər deputatlarının iştirakı ilə işçi nahar və İtaliya Beynəlxalq Təşkilatlar Cəmiyyətində dəyirmi masa təşkil olunub.

Müzakirələr Azərbaycan-İtaliya çoxşaxəli strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsinə, siyasi dialoqun gücləndirilməsinə, enerji və nəqliyyat da daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə, regional təhlükəsizlik məsələlərinə, eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə həsr olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti