Azərbaycan Respublikası Vətəndaşlarının Konsulluq Qeydiyyatı

Tövsiyə olunur ki, Azərbaycan Respublikasının müvafiq qanunları və normativ hüquqi aktlarında nəzərdə tutulduğu kimi, İtaliya Respublikası və ya digər ölkələrdə daimi və ya müvəqqəti yaşayan və ya həmin ölkələrə uzun müddətə səfər edən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğunda konsulluq qeydiyyatına götürülsünlər.

Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına götürülməsi, konsulluq əməkdaşlarının həmvətənlilərimizə aşağıda qeyd olunan yardımın göstərilməsinə imkan yaradır: 

  • Azərbaycan Respublikasından kənarda olan zaman həmvətənlilərimizlə əlaqə saxlamaq, təxirəsalınmaz hallarda onlara konsulluq yardımı göstərmək; 
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların Azərbaycan Respublikasına geri qayıtmasını asanlaşdırmaq; 
  • İtaliya və ya xarici ölkə daxilində immiqrasiya məsələləri ilə bağlı digər hüquqi və konsulluq yardımını göstərmək; 
  • Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq,
  • Azərbaycanda baş verən hadisələr və xəbərlərlə tanış etmək.

Nəzərə alınmalıdır ki, konsulluq qeydiyyatı heç bir vəchlə Azərbaycan Respublikası vətəndaşına hər hansı bir hərəkəti etməyə nə məcbur edir, nədə ki, vətəndaşın buna razılığı ifadə olunduğu və ya qanunla tələb olunan hallar istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik və ya konsulluq nümayəndəliyi tərəfindən həmvətənlimizə münasibətdə hər hansı bir tədbirin görülməsini şərtləndirir. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında Qanun”u və digər normativ hüquqi aktlarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşına münasibətdə şəxsi və ya ailə statusu barədə məlumat, habelə onun qaldığı və ya olduğu yer barəsində məlumat, həmin şəxsin razılığı olmadan digər müraciət edən şəxslərə və ya orqanlara təqdim edilə bilməz.

Konsulluq qeydiyyatına alınmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  • -vətəndaşın ərizəsi
  • -vətəndaşın pasportu;
  • -vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • -vətəndaşın İtaliyada daimi və yaxud müvəqqəti yaşadığını, təhsil aldığını və əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sənəd;
  • -doldurlmuş 118A formalı anket (anket buradan yüklənilə bilər);
  • -passport üçün tələb olunan ölçüdə rəngli fotoşəkil– 1 ədəd;


Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması ödənişsiz yerinə yetirilir.

 

Arxiv üzrə axtarış