news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 fevral 2025

Romada Ümumdünya Ərzaq Proqramının 2025-ci il üçün Birinci Müntəzəm Sessiyası keçirilib

            18-21 fevral 2025-ci il tarixlərində Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Baş qərargahında Təşkilatın İcraiyyə Şurasının (İŞ) 2025-ci il üçün Birinci Müntəzəm Sessiyası keçirilmişdir. Azərbaycan sessiyada İtaliyadakı Səfirlik ilə təmsil olunmuşdur.

            İcraçı direktor xanım MakKeyn açılış nitqi edərək, fevral ayında Yəməndə daha bir ÜƏP əməkdaşının qətlə yetirildiyini bildirmiş və həyatlarını itirən BMT işçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

            S. MakKeyn keçən dövr rəzində ÜƏP-in gördüyü işlər barədə geniş məlumat vermişdir.

            Daha sonra ÜƏP İŞ-nın üzv ölkələri və bir sıra müşahidəçilər milli bəyanatlarla çıxış etmiş, ÜƏP-nin fəaliyyətini təqdir etmiş, Livan, Qəzza, Konqo DR, Qana, Yəmən, Ukrayna kimi ölkələrdəki cari vəziyyətə diqqəti cəlb edərək, Proqramın fəaliyyətinin davam etdirilməsi üçün töhfələrin artırılmasının mühümlüyünə toxunmuşlar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti