Azərbaycanın İtaliyadakı Səfirliyi “Diplomatiya Festivalı”nda iştirak edib
23 oktyabr 2025-ci il tarixində Azərbaycanın Romadakı Səfirliyində 16-cı "Diplomatiya Festivalı" çərçivəsində İtaliyanın Tor Vergata Universitetinin Qlobal İdarəetmə tələbələri ilə görüş təşkil edilmişdir.
Səfir Rəşad Aslanov Azərbaycan, onun tarixi və xarici siyasəti haqqında təqdimatla çıxış etmiş və daha sonra gənclərin çoxsaylı suallarını cavablandırmışdır.