Azərbaycanın gözəl musiqi şah əsərləri Salernoda səsləndi!
07 dekabr 2025-ci il tarixində İtaliyanın Salerno şəhərində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi və Mədəniyyət Mərkəzi “Ənənələri Birləşdirmək: irsin və müasir səs mənzərələrinin əks-sədası ilə transmilli musiqi səyahəti” layihəsi çərçivəsində təşkil olunan yekun konsertdə iştirak etdi.
Konsertdə xalq artisti Fərhad Bədəlbəyli başda olmaqla, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, Akademiyanın müəllim və tələbələri, habelə məşhur caz ustası, Montrö Caz Festivalının qalibi, əməkdar artist İsfar Sarabskinin ifasında milli və xarici bəstələr ifa olundu.
Bakı Musiqi Akademiyası ilə Salerno şəhərində yerləşən “Giuseppe Martucci” Konservatoriyası arasındakı əməkdaşlıq musiqi irsimizin zənginliyini və ölkələrimiz arasında mədəni mübadilənin dəyərini bir daha vurğuladı.