“Parlamentdə Gənc Universitet Tələbələri” ilə görüş keçirilib
12 mart 2026-cı il tarixində Azərbaycanın Romadakı Mədəniyyət Mərkəzində müxtəlif İtaliya universitetlərindən olan “Parlamentdə Gənc Universitet Tələbələri” Parlamentlərarası Qrupunun tələbələri ilə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov Azərbaycan haqqında təqdimatla çıxış etmiş, ölkəmiz ilə İtaliya arasındakı geniş münasibətlər ətrafında fikir mübadiləsi aparmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.