news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 dekabr 2024

Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri rəhbərlərinin Romada hesabat yığıncağı keçirilib

İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilmişdir.

Toplantıda Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, direktor müavini Elgün Niftəliyev, Türkiyədəki mərkəzin direktoru Samir Abbasov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, mərkəzin direktor müavini Nadir Əlimirzəyev, Almaniyadakı mərkəzdən direktor müavini İsa Məmmədov, ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova və İtaliyadakı mərkəzdən direktor müavini Gülnar Tağızadə iştirak ediblər.

Yığıncağın məqsədi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2023–2024-cü illərə dair hesabatların dinlənilməsi və 2025-ci il üzrə fəaliyyət planlarının müzakirəsi olmuşdur.

Toplantıda qeyd olunan dövr üzrə hesabatlar dinlənilmiş, həyata keçirilən layihələr müzakirə edilmiş, Mərkəzlərin qarşıdakı ilə dair fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti