İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərə gəlib
30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi. İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi. Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.
Daha sonra Prezidentlər arasında təkbətək görüşü keçirilib.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.
Həmin gün Azərbaycan və İtaliya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib.
https://president.az/az/articles/view/70223
https://president.az/az/articles/view/70224
https://president.az/az/articles/view/70225
https://president.az/az/articles/view/70226
https://president.az/az/articles/view/70227