news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 iyun 2025

2025-ci ildə Romada “24 Ore” biznes məktəbinin tələbələri ilə görüş keçirilib

27 iyun 2025-ci il tarixində AR-in İtaliyadakı Səfirliyinin Mədəniyyət Mərkəzində İtaliyanın “24 Ore” biznes məktəbinin İxracın İdarə Edilməsi Beynəlxalq Marketinq üzrə Magistratura pilləsinin 17-ci buraxılış tələbələri ilə görüş keçirilib.

Görüş zamanı AR-in İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov tələbələrə ölkəmizin tarixi, regionda rolu, post-münaqişə dövrü və xarici siyasət prioritetləri, həmçinin həyata keçirilən aktual regional enerji və nəqliyyat layihələri barədə təqdimatla çıxış edib.

Təqdimat sual-cavabla davam etdirilib, tələbələr ölkəmizin cari geosiyasi proseslərdəki mövqeyi, iştirak etdiyi enerji, kommersiya, logistika layihələri, Avropa ilə Asiya arasında ən təhlükəsiz, ən qısa və maliyyə baxımından ən sərfəli əlaqə olan “Orta Dəhliz” layihəsi haqqında onları maraqlandıran sualları ünvanlayıb.

Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən “24 Ore” biznes məktəbi gənc məzunlar, peşəkarlar və sahibkarlar üçün kurslar təqdim edən ilk İtalyan təlim məktəbidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti