Maltada səyyar konsulluq xidməti həyata keçirilib
15 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Malta Respublikasındakı Səfirliyi tərəfindən Maltanın paytaxtı Valletta şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulluğunun ofisində Maltada yaşayan vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib.
Səyyar qəbul zamanı həmvətənlərimiz konsulluq qeydiyyatına alınıb, notariat əməliyyatlarla bağlı xidmətlər göstərilib, habelə vətəndaşlarımıza pasport dəyişmək imkanı yaradılıb.
Qəbul zamanı həmvətənlərimizi konsulluq sahəsi üzrə maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.