news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 mart 2026

Milan şəhəri və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

01 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi tərəfindən Milan şəhəri və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.

Səyyar qəbul zamanı vətəndaşlarımıza konsulluq qeydiyyatı, notariat və VVAQ xidmətləri, həmçinin pasportların dəyişdirilməsi üçün sənədlərin qəbulu xidmətləri təqdim olunub.

Bu çərçivədə vətəndaşlarımızı maraqlandıran konsulluq məsələləri ilə bağlı suallar cavablandırılıb, onların üzləşdiyi çətinliklər və təkliflər dinlənilib. Səfirliyin əməkdaşları tərəfindən göstərilən xidmətlərin əlçatanlığının artırılması və diaspor üzvləri ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti