news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2025

Azərbaycanın xarici işlər naziri Aspen İtaliya İnstitutunda keçirilən yüksək-səviyyəli dəyirmi masada iştirak edib

27 noyabr 2025-ci il tarixində İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Aspen İtaliya İnstitutunda keçirilən yüksək-səviyyəli dəyirmi masada iştirak edib. Naziri Aspen İtaliya İnstitutunun sədri və İtaliya Deputatlar Palatasının Xarici və Aİ İşləri Komitəsinin sədri Ciulio Tremonti və Aspen İtaliya İnstitutunun fəxri sədri, Fəxri Prezident Ciuliano Amato salamlayıb.

Aspen İtaliya İnstitutunun Avropa məsələləri üzrə baş direktoru Marta Dassunun moderatorluğu ilə keçirilən dəyirmi masa müzakirələrində və bir çox yüksək vəzifəli şəxslərin, iş adamlarının, akademiklərin, şirkət rəhbərlərinin qatıldığı debatda nazir Bayramov auditoriyaya Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, regional təhlükəsizlik məsələləri, enerji əməkdaşlığı, əlaqə təşəbbüsləri və Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə inkişaf edən dinamika barədə məlumat verib.

Sessiya geosiyasi çağırışlar, Azərbaycanın sülh gündəliyi və daha dərin akademik və analitik əməkdaşlıq imkanları ilə bağlı maraqlı sual-cavabla davam edib.

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti