news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 fevral 2026

Romada Azərbaycanlı məktəblilərlə görüş keçirilib

“Change the World” Model United Nations proqramı çərçivəsində 4 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində Romaya səfər etmiş azərbaycanlı şagird və tələbə heyəti ilə görüş keçirilmişdir.

Görüş zamanı Səfir Rəşad Aslanov şagird və tələbələrə Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, diplomatik fəaliyyətin əsas istiqamətləri, habelə ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi təşəbbüslər barədə ətraflı məlumat vermişdir.

Xüsusilə Azərbaycanın İtaliya, Malta və San Marino ilə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlıq perspektivləri diqqətə çatdırılmış, gənclərin diplomatiya sahəsində bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti vurğulanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti