news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 aprel 2026

Kataniyada Azərbaycanın yaşıl enerji siyasəti barədə təqdimat edilib

 

23 aprel 2026-cı il tarixində İtaliyanın Siciliya regionunun Kataniya şəhərində  “Aralıq dənizi və Mərkəzi Asiyada Enerji, Ətraf Mühit və Su Ehtiyatları” başlıqlı konfrans keçirilib.

Konfrans Ecomed – Aralıq dənizi Yaşıl Sərgisi çərçivəsində İtaliya Asiya İnstitutunun təşəbbüsü ilə təşkil olunub və çıxışçılar qismində İtaliyanın sabiq ətraf mühit naziri Korrado Klini, Azərbaycan, Qazaxıstan və Özbəkistan səfirləri iştirak ediblər.

Müzakirələrin mərkəzində dayanıqlı texnologiyaların tətbiqinin təşviq edilməsində, suyun səmərəliliyinin artırılmasında və enerji keçidinin sürətləndirilməsində, getdikcə daha dayanıqlı ərazilər üçün ortaq modellərin qurulmasında beynəlxalq əməkdaşlığın rolu vurğulanıb.

Konfransda səfir Rəşad Aslanov Azərbaycanın yaşıl enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə barədə geniş təqdimat edib.

Kataniyaya səfər çərçivəsində səfir R.Aslanov həmçinin Kataniyanın meri Enriko Trantino ilə görüş keçirib. Görüşdə cari ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası habelə Kataniya ilə mədəni sahədə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti