news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2024

İtaliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

12 dekabr 2025-ci il tarixində İtaliyanın paytaxtı Romada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın öz müstəqilliyini bərpa etməsinə, suverenliyini möhkəmləndirməsinə, beynəlxalq arenada rolunun artmasına və iqtisadi baxımdan güclənməsinə misilsiz töhfələr verdiyini qeyd etmişdir. Səfir Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyulması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması, Azərbaycanın müstəqil, müasir və bölgənin güclü dövlətinə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışmışdır.

Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən dövlətçiliyin möhkəmləndirilməsi strategiyasının Azərbaycanı beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitliyin və inkişafın hərəkətverici qüvvəsinə çevirdiyi vurğulanmışdır.

Diplomat Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, müstəqil siyasət yürüdən, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini qeyd etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti