news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 oktyabr 2025

LUISS Univeristetinin tələbələri ilə görüş keçirilib

06 oktyabr 2025-ci il tarixində Azərbaycanın Romadakı Mədəniyyət Mərkəzində LUISS Guido Carli Universitetinin Siyasi Elmlər Assosiasiyasının tələbələri ilə görüş keçirilib. Təqdimatla çıxış edən Azərbaycan Republikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov Azərbaycanın tarixi, regiondakı rolu və xarici siyasət prioritetləri, həyata keçirilən aktual regional enerji və nəqliyyat layihələri, həmçinin Azərbaycan və İtaliya arasında olan münasibətlərdən müfəssəl məlumat verib. Təqdimatdan sonra səfir tələbələrin suallarını cavablandırıb.

Daha sonra, gənclər Mədəniyyət Mərkəzi ilə tanış olub, onlara ölkəmiz haqqında müxtəlif kitbalar təqdim edilib.

Məlumat üçün qeyd edək ki, Siyasi Elmlər Assosiasiyası Universitet tərəfindən tələbələri siyasi həyata cəlb etmək məqsədilə 1995-ci ildə yaradılıb, İtaliya Respublikasının Parlamenti ilə fəal təmasdadır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti