news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 aprel 2026

Azərbaycanlı partizanların xatirəsi İtaliyada anıldı

İtaliyanın Lombardiya regionunun Berqamo əyalətində yerləşən Monte-di-Neze kəndində faşistlər tərəfindən 1945-ci ilin aprel ayında qətlə yetirilən 120 azərbaycanlının xatirəsinin anılması ilə əlaqədar tədbir keçirilmişdir.

Anma mərasimi rəsmi və bədii hissədən ibarət olmuş, partizanların xatirəsinə əklil qoyulmuşdur.

Tədbirdə Alzano Lombardo bələdiyyəsinin sədri Kamillo Bertokki və Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış etmiş, 81 il öncə baş vermiş hadisələrin tarixindən danışmışlar.

V.Hacıyev o zaman Azərbaycanlıların evlərindən qayıtmaq ümidi ilə ayrıldıqlarını, amma taleyin onları əbədi olaraq bu dağların keşikçiləri olmağa yönəltdiyini, sözügedən tədbir üçün toplaşanların məhz həmin insanlara ehtiram göstərməklə insanlığı təlqin etdiklərini bildirmiş və Azərbaycanlıların xatirəsinin yaddan çıxmasına imkan vermədikləri üçün yerli ictimaiyyətə təşəkkürünü ifadə etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti