İtaliyada Azərbaycandakı investisiya mühiti müzakirə olunub
28 yanvar 2026-cı il tarixində İtaliya Respublikasının Turin şəhərində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatası tərəfindən Turin Sənaye Birliyi ilə əməkdaşlıq çərçivəsində “Doing Business in Azerbaijan” başlıqlı tədbir təşkil edilmişdir. Tədbirə müxtəlif sektorları təmsil edən 40-dan çox şirkət qatılmışdır.
Müzakirələr Azərbaycandakı investisiya mühiti və İtaliya biznesi üçün əməkdaşlıq imkanlarına yönəlmiş, birbaşa işgüzar əlaqələrin və qarşılıqlı faydalı tərəfdaşlıqların vacibliyi vurğulanmışdır.