news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 dekabr 2024

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar

İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində mədəniyyət naziri Adil Kərimli və bir qrup mədəniyyət və incəsənət xadimi məşhur “Borghese” Qalereyası ilə tanış olmuşdular.

Azərbaycan nümayəndə heyətinə sənət qalereyasının tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilmiş, “Villa Borghese” parkında yerləşən qalereyanın XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikildiyi, burada rəsm, heykəltaraşlıq və qədim əşyalar kolleksiyalarının olduğu bildirilmişdir.

2014-cü ildən İtaliyanın dövlət muzeyi olan Qalereyada məşhur sənətkarlardan Covanni Lorenzo Bernini, Mikelancelo Merisi, Karavaggio, Rafael, Titsian, Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərlərinin sərgiləndiyi barədə məlumat verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti