Ümumdünya Ərzaq Proqramının Baş qərargahında İqlim Maliyyəsi ilə bağlı tədbir keçirilib
10-11 sentyabr 2025-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Ərzaq Proqramının Baş qərargahında “Uçurumun aradan qaldırılması: İqlim Maliyyəsi ilə təmin olunmayanlar üçün çalışmaq” başlıqlı tədbir keçirilib.
Azərbaycan tədbirdə AR XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov ilə təmsil olunub.
2 günlük seminar çətin və həssas vəziyyətlərdə olan ölkələr və insanlar üçün iqlim maliyyəsinə bərabər çıxışın təmin edilməsinə həsr olunub.
Tədbirdə ÜƏP, G7 Katibliyi, COP29 Sədrliyi, Yaşıl İqlim Fondu, Afrika İnkişaf Bankı, UNFCCC Katibliyi, Dünya Bankı, Mavritaniya, Suriya, Norveç, Koreya Respublikası, Burkina Faso, İraq, Somali, Cənubi Sudan, Timor-Leste, Yəmən, Çad, İsveçrə və Papua Yeni Qvineyanın nümayəndələri iştirak edərək, həm tərəqqi, həm də davamlı bərabərsizlikləri vurğulayıb, kövrək və böhrandan təsirlənmiş kontekstlərə iqlim maliyyəsi axınlarının cari və proqnozlaşdırılan mənzərəsini təqdim ediblər.
Səfir E.İskəndərov çıxışında kompleks yanaşmanın həssas dövlətləri təcili ehtiyac duyduqları vasitələrdən qoruduğunu, COP29 sədrliyinin təşəbbüsü ilə yaradılan “Baku Hub”ın iqlim fəaliyyəti, sülh və möhkəmlik arasında körpü yaradan iqlim maliyyəsinə əlçatanlığı sadələşdirdiyini vurğulayıb.