Ankonada Azərbaycandakı biznes imkanları müzakirə olunub
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov “Confindustria Ancona”-da keçirilən “Azərbaycanda Biznesin İdarə Edilməsi: Biznes və İnvestisiya İmkanları” adlı görüşdə iştirak edib.
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin intensivliyi, Azərbaycanın bərpa olunan enerji imkanları, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, “Orta Dəhliz” tranzit dəhlizinin effektivliyi və ölkənin səmərəli investisiya imkanları və azad ticarət zonaları barədə məlumat paylaşılıb.