Azərbaycan nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eləcə də mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmidşilər.
Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzmüşdür.
Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olmuşdur. Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayevdir.